74 yaşlı qoca özünü Kür çayına atdı

6 Aprel 2011 14:21
Sabirabad rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Yenikənd sakini 74 yaşlı Gülbala Mahmudov özünü Kür çayına atıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qocanın meyitini Yenikənd ərazisində aşkarlayıblar.
Mərhumun hansı səbəbdən özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az