Sahəsi 1 hektar olan ticarət mərkəzində yanğın olub

6 Aprel 2011 13:30
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanğın rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 1 hektar olan ticarət mərkəzində meydana gəlib. Bir-birinə bitişik yerləşən plastik materiallardan ibarət mağazalar 60 kvadratmetr sahədə yanıb.
Ticarət mərkəzinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Milli.Az