Aprelin 11-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır

6 Aprel 2011 13:26
APA-nın "Novosti-Armenia"ya istinadən yaydığı məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan həmsədrlərin aprelin 11-12-də İrəvanda səfərdə olacaqlarını deyib. Vasitəçilər xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyanla görüşəcəklər.

Həmsədrlərin Bakı və Xankəndinə də səfərləri nəzərdə tutulur. Onların Azərbaycan paytaxtına aprelin 13-14-də gəlməsi gözlənilir. Vasitəçilər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.

Milli.Az