Günün qoroskopu
7 Aprel 2011 05:00
Göylərin mənzərəsi
7 apreı, cümə axşamı,V Ay günü, Günəş - Qoçda, Ay - Ekizlərdə, Merkuri - Qoçda, Venera - Balıqlarda , Mars - Qoçda, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız tükənib. İstifadə edə bilmədiyiniz şanslara görə narahatlığa dəyməz. Sevgi münasibətlərinizdən başqa bu gün ürəklaçan heç nə yoxdur.
Buğa - İşləriniz alınacaq. Özünüzü rahat və gümrah hiss edəcəksiniz. Xeyirxahlıq etdklərınızdən əziyyətlər görəcəksiniz. Siz dəyişməz olaraq qalsanız sevgi münasibətlərinizdə yaxın gələcəkdə xeyirinizə irəliləyiş mümkündür.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maneə olan tərəflər maliyyə məsələlərində sizin ən asan problemlərinizi çətinə sala bilir. Son anda qələbə yenə də sizindir. Mübahisələrinizdə kəskin sözlərdən çəkinin.
Xərçəng - Özünüzü zəif hiss edəcəksiniz. Maliyyə problemlərinizin həlli sizin üçün çətinlik yaratmayacaq. İnsanlarla münasibətdə səmimiliyə üstünlük verin. Bununla belə, sevgi münasibətləriniz problemli olaraq qalır.
Şir - Çətin gündür. Ən asan məsələləri belə, həll etməyə hövsələniz çatmır. Unutmayın ki, gərgin əhval-ruhiyyədə olmaq həm səhhətinizə, həm də hörmətinizə xələl gətirər.
Qız - İşləriniz alınacaq. Səhvlərinizin nəticələrinin müəyyən qismi aradan qaldırmağa nail olacaqsınız. Özünüzü güclü hiss edəcəksiniz. Sevgi münasibətlərində hələ ki, işlər qaydasına düşmür.
Tərəzi - Çətin gündür. Əlinizi hara atırsınızsa, boş çıxır. Əsəbiləşməyin və gücünüzü boş yerə israf etməyin. Maddi sahədə uğurlarınız olmayacaq. Sadiq dostlarinızin sayəsində azacıq uğur qazanırsız.
Əqrəb - Səhhətinizi qoruyun. Bu gün sizin üçün maddi məsələləri həll etmək yönümündə rahat keçəcək. Bir sıra məsələlər gözləmədiyiniz halda, demək olar ki, öz-özünə həll olunacaq.
Oxatan - Özünüzü güclü hiss edəcəksiniz. Çətinliklərlə keçən bu gündə soyuqqanlı ovqatınızı qoruyub saxlamağı bacarın. Bu, çox çətindir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq cəhdləriniz uğursuzdur.
Oğlaq - İşləriniz alınacaq. Maddi məsələlərin həlli bir göz qırpımında bacaracaqsınız. Ünsiyyətlərinizin genişlənməsinə və dərinləşməsinə diqqətinizi artırın.
Dolça - Özünüzü ğümrah hiss edəcəksiniz. O qədər də asan keçməyən bu gündə həlli rahat olan bir sıra məsələləri yoluna qoyacaqsınız. Bununla belə, biznes sahəsində uğurlarınız olmayacaq.
Balıqlar - Səhhətinizə qarşı diqqətli olmalısınız. Gücünüz çox azdur. Ondan düzgün istifadə etsəniz həm maliyyə, həm də sevgi sahəsində uğurlarınız çoxalar.
Milli.Az