Günün qoroskopu
8 Aprel 2011 05:00
Göylərin mənzərəsi
8 aprel, cümə, VI Ay günü, Günəş - Qoçda, Ay - Ekizlərdə, Merkuri - Qoçda, Venera - Balıqlarda, Mars - Qoçda, Yupiter - Qoçda, Saturn -Tərəzidə, Uran -Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Özünüzü güclü hiss edəcəksiniz. Bununla belə, işləriniz çətinliklə gedir. Hər tərəfdən saysız problemlər sizi əhatə edir. Maliyyə vəziyyətinin aşağı olması gücünüzü və istedadınızı göstərməyə mane olur.
Buğa - Səhhətinizi qoruyun. Nəzərdə tutduğunuz maddi məsələlərin həllinə nail olacaqsınız. Gücünüzü boş yerə israf etməyin. Ancaq xeyir gətirə biləcək problemlərə girişin.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Gücünüzün çox olmasına baxmayaraq, əldə etdiyiniz nəticələr ürəkaçan deyil. Maddi durumunuzu yaxşılaşdırmaq cəhdləriniz səmərəsizdir.
Xərçəng - Səhhətinizə qarşı diqqətli olsanız, maliyyə məsələlərini həll etmək üçün gərgin şəraitdə əziyyət çəkməzsiniz. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır.
Şir - İşləriniz alınmır. Fəaliyyətinizin heç bir sahəsində əməli nəticələr əldə edə bilmirsiniz. Mübahisələrdən qaçmağınız məsləhətdir. Səhhətiniz sizin üçün problem yaratmır.
Qız - Səhhətinizə qarşı diqqətli olun. Maliyyə məsələlərinizi həll etmək üçün uğurlu vaxtdır. Sevgi münasibətləriniz problemli olaraq qalmaqdadır. Bədbin fikirləri özünüzdən uzaqlaşdırın.
Tərəzi - Özünüzü güclü hiss edirsiniz. Nəzərdə tutduğunuz planların heç onda birini də həyata keçirə bilmirsiniz. Sevgi münasibətlərinizdəki qarşılıqlı hisslər hökm sürür.
Əqrəb - İşləriniz alınacaq. Əldə etdiyiniz yüksək nəticələrdən razı qalacaqsınız. Qarşı tərəfin maneələri sizin üçün ciddi problem yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Oxatan - İşləriniz alınmır. Diqqətinizi dağıtmadan fəaliyyətinizə nəzarəti gücləndirin. Səhvlərə yol verməyin. Maddi imkanlarınızı artırmaq üçün bu, çox vacibdir. Özünüzü güclü hiss edəcəksiniz.
Oğlaq - İşləriniz alınacaq. Maliyyə problemlərinin həlli çətinlik yaratmayacaq. Səhhətinizə qarşı diqqətli olun. Sevgi münasibətlərinizdə hələ ki, işıqucu görünmür. Risklərə yol verməyin.
Dolça - Çalışmalarınızda əməli nəticə yoxdur. Maliyyə israflarınız qazancınızdan daha çoxdur. Gecə-gündüz çalışıb ehtiyaclarınızı ödəməyə məhkumsunuz. Səhhətniz sizin üçün problem yaratmayacaq.
Balıqlar - Gücünüzdən səmərəli istifadə edəcəksiniz. Yaxın ətrafınızın köməyi ilə həll olunmamış ciddi probleminiz qalmayacaq. Səhhətinizə qarşı diqqətli olmalısınız.
Milli.Az