Model Tunay Əliyeva: "Mən ona xəyanət etdim, o isə bunu bağışlamadı..." - FOTO
4 Mart 2010 10:56
Milli.Az xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib. "Mən pulu çox sevirəm! Təsəvvür etməzsiniz pulu, qızılı, brilliantı nə qədər sevirəm! Mən pulsuz yaşaya bilmərəm!" - deyə o, qeyd edib. Bununla yanaşı, model xərclədiyi pulların qazandıqlarından çox olduğunu etiraf edib: "Desəm ki, mən xərclədiyim qədər qazanıram, gülməli olardı. Dostlarım məni çox sevir və həmişə pulumun tükənməməsi üçün kömək edirlər. Pulumun olmaması məni çox şeyə sövq edə bilər. Çünki pul mənim ən zəif yerimdir".
Tunay pula görə "çox şeydən keçə biləcəyini" də etiraf edib: "Mən istəklərimin qurbanına çevrilməkdən qorxuram. Qorxuram ki, pul xətrinə hər şeyi unuda bilərəm... Ona görə də Allaha yalvarıram ki, məni belə seçim qarşısında qoymasın!.."
Tunay hətta bir dəfə pul xətrinə kişi ilə görüşmək qərarına da gəlib. Lakin bütün bahalı hədiyyələr və sairə baxmayaraq, model, dediyinə görə, onu özünə yaxın burxmayıb: "Mən anladım ki, ona qarşı heç bir hissim yoxur. Həmin şəxs məni hədiyyələrlə almaq istəyirdi".
Bir vaxtlar Tunayın həyatında kişi də olub. Lakin onlar ayrılıblar. Səbəb? "Mən ona xəyanət etdim... və o, bunu mənə bağışlamadı", - deyə model bildirib: "Biz mübahisə etdik və mən başqasına ərə gedəcəyimi dedim. O isə "get!" dedi. Acıqcan, rəfiqəm məni bir oğlanla tanış etdi. Mən onunla yaxınlaşdım, 1 ay sonra isə həmin şəxsin evli olduğunu bildim... Amma artıq gec idi. Sevgilim məni qəbul etmədi..."
Milli.Az

--------------------------------------------------------------------------------