“Kurtlar Vadisi Pusu”: Memati və Abdülhey həbs edilir – VİDEO-FOTO

6 Aprel 2011 12:43
Ötən seriyanın sonunda Haşim ağa Baba Memduhun nəvəsini öldürərək, cəsədini Polat Alemdarın maşınının yük yerinə qoyur. Bunu görən Polat Mematiyə zəng edir və görüşmək istədiyini bildirir. Memati və Abdülheylə görüşən Polat onlara qəti qərarını bildirir. Memati və Abdülhey üçün artıq dönüş yoxdur.

Haşim ağadan Baranın intiqamını almaq istəyən Memati burada bir daha Ersoy Ulubeylə qarşı-qarşıya gəlir. Amma Abdülheyin başqa bir planı var.

Ersoy isə yaratdığı dəstənin yeni üzvü İncini digər üzvlərlə tanış edir. Amma onların yeni namizədə etirazları var. İnci isə onları yola gətirəcək bir plan təqdim edir.

Yeni seriyanın anonsunda Memati və Abdülheyin həbs edildiyi də görünür.

"Kurtlar Vadisi Pusu"nun 120-ci seriyası aprelin 7-də nümayiş etdiriləcək.

Milli.Az