ABŞ Liviyadakı hərbi əməliyyatlara 75 milyon dollar xərcləyib
6 Aprel 2011 15:50
Milli.Az xəbər portalının vesti.ru saytına istinadən verdiyi məlumata görə, Liviyanın hava məkanında ABŞ Hərbi Hava Qüvvələrinin 1 günlük uçuşu orta hesabla 4 milyon dollara başa gəlir.
Xatırladaq ki, amerikalılar və müttəfiqləri Liviyanın hərbi obyektlərini martın ortalarından bombalamağa başlayıb. NATO-nun qiymətləndirməsinə görə, bu dövrdə Liviya Hava Hücumundan Müdafiə sisteminin 30%-i məhv edilib.
Milli.Az