İbrahim Tatlısəsi Almaniyaya apardılar - FOTO
6 Aprel 2011 09:56
Ötən ay məruz qaldığı silahlı hücum nəticəsində yaralanan məşhur müğənni İbrahim Tatlısəs müalicə olunduğu Maslak Acıbadem xəstəxanasından çıxıb. Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, onu Səhiyyə Nazirliyinə məxsus ambulans təyyarəsi ilə müalicəsini davam etdirmək üçün Almaniyaya aparıblar.
Martın 14-də güllələnən İbrahim Tatlısəs xəstəxanadan ötən gecə çıxarılıb. Onu yüksək təhlükəsizlik tədbirləri şəraitində təcili tibbi yardım maşını ilə Atatürk hava limanına aparıblar. İbrahim Tatlısəs təyyarəyə mindirilərkən də cangüdənlər onu dövrəyə alıblar. Təyyarə yerli vaxtla saat 06.00-da (Bakı vaxtı ilə 08.00) Almaniyaya yola düşüb.
Milli.Az













