ABŞ-ın Demokratlar Partiyasına ilk dəfə qadın rəhbərlik edə bilər
6 Aprel 2011 10:03
Milli.Az xəbər portalının Amerika mətbuatına istinadən verdiyi məlumata görə, partiya üzvlərinin Debbi Vasserman-Şultsun namizədliyini dəstəkləyəcəyi gözlənilir. O, bu postda partiyaya 2009-cu ildən rəhbərlik edən Tim Keyni əvəzləməlidir. Keyn Virciniyadan senatorluğa namizədliyini irəli sürmək haqda düşünür.
Obamanın təklifi reallaşarsa, 44 yaşlı Vasserman-Şults ABŞ demokratlarının tarixində ilk qadın sədr olacaq.
Milli.Az