Güclü külək Xaçmaza ciddi zərər vurub
5 Aprel 2011 19:56
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, küləyin sürəti saniyədə 20-25 metrə çatıb.
Güclü cənub-şərq küləyi bir neçə binanın damını uçurub, ayrı-ayrı yaşayış massivlərini işıqsız qoyub. Ən ciddi zərər isə rayonun dəniz kənarı ərazilərində qeydə alınıb. Elektrik naqillərinin sıradan çıxması nəticəsində həmin ərazidə yaşayan insanlar hələ də işıqsızdır.
Hazırda bütün ərazilərdə küləyin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Milli.Az