Sunamidən sağ çıxan it sahibinə qovuşdu
6 Aprel 2011 02:20
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, sahibi onu cümə günü yayımlanan televiziya xəbərlərində görüb və öz itini tanıyıb.
İki yaşlı it və onun sahibi heyvanları saxlama mərkəzində bir-birinə emosional şəkildə qovuşublar.
Videonu izləmək üçün bu linkə daxil olun.
İti Yaponiya Sahil Gözətçiləri komandası Miyaqi prefekturasında sahildən 1.8 kilometr aralıda su ilə üzüb gedən evin damında tapıblar.
Yerli media xəbər verir ki, Ban adlı it sahibi görən kimi hoppanıb və quyruğunu bulamağa başlayıb.
Milli.Az