İbra necə "Tanrı" olmuşdu?

15 May 2016 18:32

Məşhur bir hadisə bu dəfə Karlo Ançelottinin dilindən səslənib. Söhbət bir neçə il öncə Zlatan İbrahimoviçin Karlo Ançelottiyə özünü tanrı kimi təqdim etməsindən gedir. Goal.az "The Times"a istinadən xəbər verir ki, "Bavariya"nın yeni baş məşqçisi PSG-də çalışdığı dönəmdə olan həmin hadisəni xatırlayıb.

"İbrahimoviç özünü həmişə qəribə, amma şən aparırıdı. Bir dəfə komandanın düşərgəsinə özünü yaxşı tərəfdən göstərə bilməyən gənc futbolçu baxışa çağırılmışdı. İbrahimoviç ona dedi: "İndi evə gedib gündəliyində Zlatanla məşq etdiyini yaza bilərsən. Çünki bu, həyatında yeganə haldır". Bir oyundan əvvəl mənə yaxınlaşıb Tanrıya inanıb-inanmadığım barədə soruşdu. "Bəli", - dedim. O isə dedi: "Onda mənə də inana bilərsən".

Ançelotti 2011-13-cü illərdə Paris klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda Fransa çempionu olmuşdu.

Milli.Az