İldırım 65 nəfəri külə döndərdi

14 May 2016 19:14

Banqladeşdə davam edən tropik qasırğa zamanı çaxan şimşək 65 nəfərin ölümünə səbəb olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, onların əksəriyyəti sahədə iş görən fermerlər olub.

Ölənlər arasında azyaşlı uşaqların da olduğu məlumdur.

Ekspertlərin fikrincə, Banqladeşdə baş verənlər qlobal istiləşmənin fəsadlarından xəbər verir.
Milli.Az