"Düşmən yeməkləri"nin verildiyi restoran açılıb
5 Aprel 2011 20:25
Milli.Az xəbər portalı "USA Today"a istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində qəribə restoran açılıb. Burada müştərilərə Vaşinqtonun münaqişədə olduğu ölkələrin mətbəxlərinin yeməkləri təklif olunur.
Restoranın kreativ sahibləri mətbəxlərini "münaqişə yeməklərinin hazırlandığı yer" adlandırıblar.
"Düşünürük ki, milli qarşıdurmaların aradan qaldırılması, amerikalılarla başqa xalqların mənsubları arasında normal münasibətlərin bərqərar olmasına aparan yol həm də mədədən keçir", - restoranın menecerlərindən biri deyib.
Hazırda restoranda İraq, Pakistan, Liviya və Əfqanıstanda populyar olan yeməklərlə təamlar verilir.
Təamların büküldüyü qabların üzərində isə həmin yeməyin "vətən"i barədə məlumat var. Qablarda o ölkənin mədəniyyəti, ənənələri və siyasi durumu barədə informasiyalar yer alıb.
Milli.Az