Erməni nazirdən etiraf: «Hökumətin effektsiz fəaliyyəti kəndlilərin inamını bitirib»

5 Aprel 2011 17:14
Milli.Az xəbər portalının news.am saytına istinadən verdiyi məlumata görə, bu etirafı Ermənistan parlamentində kənd təsərrüfatı sahəsindəki problemlərə həsr olunmuş dinləmələrdə kənd təsərrüfatı naziri Sergey Karapetyan edib. "2009-2010-cu illərdə nazirliyin xərclərinin 2,4%-i konsaltinq xidmətilərinə yönəldilib. Lakin Dünya Bankının apardığı monitorinq göstərir ki, bu xidmətdən yalnız 45 mirn 340 təsərrüfat istifadə edib", - deyə nazir qeyd edib.
Bir sıra digər çatışmazlıqların olduğunu da etiraf edən Karapetyan vəziyyətin düzəldilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsinin vacib olduğunu söyləyib.

Milli.Az