Madonna uşaqların pulunu oğurlayıb? - FOTO
5 Aprel 2011 20:45
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, dünyanın ən məşhur müğənnilərindən biri Madonna xeyriyyə məqsədilə fəaliyyət göstərən təşkilatların hesablarına toplanmış pulları məqsədi üzrə xərcləməməkdə şübhəli bilinir.
ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) başladığı araşdırpmanın da məqsədi həmin pulların hara xərcləndiyini müəyyənləşdirməkdir.
Madonna 2001-ci ildə yaratdığı "Success for Kids" (SFK) xeyriyyə təşkilatına 671 min dollar ianə vemişdi. Həmin təşkilat Malavidə məktəb tikməyi planlaşdırsa da, layihəni başa vura bilməyib. Üstəlik, təşkilatın hesabındakı pullardan 3 milyon dolların hara və nə üçün xərcləndiyi bəlli deyil.
Ümumiyyətlə, Malavidə bir sıra xeyriyyə layihələrinin reallaşdırılmasını nəzərdə tutan "Material Girl" proqramı çərçivəsində 33 milyon sərf edilib.
FTB bu pulların xeyriyyə məqsədlərinə xərcləndiyinə şübhə edir.
Milli.Az

