“Muğam Fəlsəfəsi” kitabının təqdimatı olub - FOTO
5 Aprel 2011 16:57
Asif Ata Ocağı tərəfindən çap edilmiş bu kitabda xalqımızın qədim dəyəri olan muğam fəlsəfi-nəzəri aspektdən dəyərləndirilib. Asif Ata Ocağının övladı Göylü Atalının sözlərinə görə, sovet dönəmində bu kitabı çap etdirmək mümkün olmamışdı: "Çünki, Asif Atanın yolu, əqidəsi, yaşamı bütöv şəkildə nəzarət altında olduğundan bütün qapılar üzünə bağlı idi. Üstəlik, Azərbaycanın ədəbi mühitinin öndə gedənləri muğamın fəlsəfə olduğunu inkar edirdilər. "Muğam Fəlsəfəsi" həm də Asif Atanın doktorluq işinə aid idi".
Sevda Babayeva
Milli.Az
