Azərbaycan paralimpiyaçıları Ümumdünya oyunlarında iki medal qazanıblar

5 Aprel 2011 16:41
Azərbaycan Milli Paralimpiya Komitəsindən Milli.Az xəbər portalına daxil olan məlumatına görə, üçqat tullanış yarışlarında Vladimir Zayats 14 m 96 sm nəticə ilə qızıl medal qazanıb, Oleq Panyutin isə 14 m 45 sm nəticə ilə ikinci yeri tutaraq gümüş medal əldə edib. 100 metr məsafəyə qaçışda Elçin Muradov 11,47 saniyəlik nəticə ilə beşinci gəlib. Daha iki qaçışçı növbəti mərhələyə çıxıb: Rza Osmanov 400 metr məsafəlik qaçışda yarımfinala çıxıb, Orxan Ramazanov isə 800 metr məsafəyə qaçışın finalında iştirak edəcək.

Bu gün Azərbaycan cüdoçuları 60 kiloqram (Ramin İbrahimov, Nurlan İbrahimov) və 66 kiloqram (İlkin Alışov, Bayram Mustafayev) çəkidə çıxış edəcəklər.

Milli.Az