Gömrükçülər Yaponiyadan gətirilən radiasiyalı avtomobili Rusiyaya buraxmadı
5 Aprel 2011 18:12
Milli.Az xəbər portalının "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, teploxodla gətirilən işlənmiş maşınları yoxlayan zaman 1 "Toyota Vitz"in müxtəlif hissələrində normadani 3-6 dəfə artıq radiasiya fonu aşkarlanıb. Gömrükçülər bu haqda lazımi orqanları məlumatlandırıb. Avtomobilin gələcək taleyinə məhz həmin strukturlar aydınlıq gətirəcək.
Milli.Az