"Mən burada, həyat yoldaşımsa İstanbulda yaşayır"

13 May 2016 16:08

Yeni filmə çəkilirəm. Ona görə də Bakıda qalmaq məcburiyyətindəyəm. Oğlum da mənimlə birlikdə buradadır, məktəbə hazırlığa gedir.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Yeganə Mürsəlova deyib. Sənətçi həyat yoldaşının onlardan ayrı, İstanbulda yaşadığını etiraf edib:

"Bir ayağım burada, bir ayağım İstanbuldadır. Yoldaşım yanımıza tez-tez gəlib-gedir. Lap "Miriş"ə dönmüşük, yollarda görüşürük, "salam-sağ ol" edirik. 

Qayınanamın qız övladı yoxdur. Hər zaman deyir ki, Yeganə mənim qızımdır. Münasibətimiz çox yaxşıdır. 

Boşanmağımla bağlı şayiələr yayılır. Əgər boşanası olsam, gizlətmərəm. Yer üzündə ayrılan ilk qadın olmayacam ki... Amma boşanmamışam".

Qeyd edək ki, Y.Mürsəlova Fateh adlı türkiyəli iş adamı ilə ailəlidir.

Milli.Az