Bu gün həyatımız necə dəyişdi? - FOTO
5 Aprel 2011 21:32
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Nyu-York sakinlərini heyrətləndirərək çaşqına döndərmiş ixtiranın bu gün 38 yaşı tamam olur.
Düz 38 il əvvəl, bu gün dünyanın ilk mobil telefonu istifadəyə verilib.
Martin Kuper "Motorola" korporasiyasının istehsalı olan, indiki mobil telefonların prototipi sayılan iri telefonu götürərək Nyu-York küçələrini dolaşmışdı. O vaxt 44 yaşındakı Kuper ilk mobil telefonu görənlərin heyrətləndiklərini deyir.
"Küçə ilə gedərək telefonla danışırdım. O vaxt hamı stansionar telefondan istifadə edirdi və buna görə də insanlar məni çaşqınlıqla seyr edirdilər", - 82 yaşlı Martin Kuper deyir.
"Motorola"nın rabitə vasitələri istehsalı bölməsinin sabiq baş menecerinin dediyinə görə, o vaxt radiostansiyalardan birinin aparıcısına zəng vurubmuş.
Dünyanın ilk mobil telefonu kərpicə bənzəyirdi və ağırlığı da 1,2 kiloqram idi.
Avtomobilə qoyulmuş ilk mobil telefonun portativ olmaması ucbatından, telefonun avadanlığı maşının yük yerinə yerləşdirilmişdi.
1983-cü ildə isə "Motorola" satışa ilk mobil telefon çıxardı. Ağırlığı 350 qram olan bu telefon 3500 dollara satılırdı.
Milli.Az


