Kot-d'İvuar prezidenti müxalifətə təslim oldu - YENİLƏNİB
5 Aprel 2011 18:52
Milli.Az xəbər portalının "France-Presse" agentliyinə istinadən verdiyi
məlumata görə, Kot-d'İvuar Silahlı Qüvvələrinin komandanı müxalifət
tərəfdarlarına atəşkəs elan etdiklərini açıqlayıb. "Biz mübarizəni
dayandırdıq", - deyə o, bildirib.
Prezident Qbaqbo isə müxalifətçilərlə danışıqlar zamanı ölkəni tərk etməyə hazır olduğunu bildirib.
----------
13:10
Milli.Az xəbər portalının "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, müxalifət lideri Asallan Uattaranın köməkçisi Qbaqbonun bu gün müxalifət təmsilçilərilə danışıqlar masasına əyləşdiyini, təslim olduğunu açıqladığını söyləyib.
Onu bu addıma nəyin vadar etdiyi açıqlanmır. Qbaqbonun müxalifətçilərlə dünəndən əlaqə axtardığı məlumdur.
Xatırladaq ki, artıq bir neçə gündür ölkənin demək olar ki, bütün ərazisinə müxalifət nəzarət edirdi.
Milli.Az