Avropa çempionatında 13 cüdoçumuz mübarizə aparacaq

5 Aprel 2011 13:06
Azərbaycan Cüdo Federasiyasından Milli.Az xəbər portalına daxil olan məlumata görə, Avropa birinciliyində ölkəmizi 13 idmançı təmsil edəcək. Yığma komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacıağa Hacıəhmədov və İbadulla Şahbanovun rəhbərliyi altında İlqar Müşkiyev (-60 kq), Tərlan Kərimov, Samir Dadaşzadə (hər ikisi -66 kq), Rinat Mirzəliyev, Ramil Qasımov (hər ikisi -73 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi -81 kq), Elxan Məmmədov (-90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi -100 kq), Emil Tahirov (+100 kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) mübarizəyə qatılacaq.
 
Qeyd edək ki, Avropa çempionatına aprelin 23-də yekun vurulacaq.

Milli.Az