Lenin Şvartseneggerin ailəsinə dava salıb

5 Aprel 2011 14:24
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ötən əsrin 90-cı illərində aktyorun rus dostları ona Leninin büstünü hədiyyə edibmiş.  Bundan sonra SSRİ-yə rəhbərlik etmiş şəxslərin büstlərindən kolleksiya yığmağa başlayan Şvartsenegger Brejnev, Andropov və digər sovet liderlərinin büstlərini həyətindəki hovuzun ətrafına düzməyə başlayıb. Sonda bu, aktyorun xanımı Mariya Şrayveri əsəbləşdirib.
"Mariya elə bildi ki, mən dəli olmuşam. "Hovuzumuzun ətrafında sovet liderlərinin büstləri nəyimizə gərəkdir?", - deyə o, məndən soruşdu. Daha sonra büstləri oradan yığışdırdı və tulladı", - deyə Şvartsenegger bildirir. Aktyor indi yalnız Leninin büstünü saxlayır: "Çünki o, kolleksiyamda ilk büst olub".

Milli.Az