Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib
5 Aprel 2011 11:02
APA-nın məlumatına görə, hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb, güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası almış A. Əliyev dünyasını dəyişib.
1991-ci il təvəllüdlü A. Əliyev Salyan RHK-dan hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma gedir.
Milli.Az