Almaniyada “Bütöv Azərbaycan gecəsi”

5 Aprel 2011 12:10
Almaniyanın Köln şəhərində "Bütöv Azərbaycan gecəsi" keçirilib. Milli.Az xəbər portalı Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, tədbir ikiyə bölünmüş Azərbaycan coğrafiyasının insanları arasındakı əlaqələrin gücləndirilməsi məqsədi ilə təşkil edilib. Gecəyə Bakı, İğdır və Təbrizdən gedən çoxsaylı qonaqlar da qatılıblar. Azərbaycan şairlərinin şeirləri ilə başlayan tədbirdə Cenk Sancak Azərbaycan mövzusunda türkülər oxuyub, Kölndə fəaliyyət göstərən Qafqaz rəqsləri qrupu çıxış edib. Gecəni Cənubi Azərbaycandan olan müğənni Cavid Təbrizli yekunlaşdırıb. Türkiyədə yaşayan və çoxsaylı albomları olan Cavid Təbrizli bildirib ki, konsert vermək üçün Almaniyaya hər il səfər edir: "Bu gecəyə ilk dəfədir qatılıram. Köln və ətrafında çoxlu sayda Azərbaycan türkü var. Bu günkü tədbirə göstərilən böyük maraq bizi məmnun etdi".

Milli.Az