Yəmən müxalifəti dünya ictimaiyyətinə müraciət etdi - YENİLƏNİB

5 Aprel 2011 15:31
Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, Yəmən müxalifəti dünya ictimaiyyətinə müraciət edərək ölkədə qan tökülməsinin qarşısının alınmasında yardım istəyib.
Xatırladaq ki, Yəməndə hökumət əleyhinə nümayişlər fevralın 11-də başlayıb. Keçən dövrdə nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalarda 120-dək insan həlak olub, 5 mindən artıq insan yaralanıb. Kütlə prezident Əli Abdullah Salehin istefasını tələb edir.
"Saleh, onun oğulları və yaxınları planlarını dinc nümayişçiləri öldürməklə həyata keçirməyə çalışır", - deyə müxalifətin dünya ictimaiyyətinə ünvanlanmış müraciətində bildirilir.

----------
10:00

Milli.Az xəbər portalının "Reuters"ə istinadən verdiyi məlumata görə, ölkənin cənub-qərbindəki Taiz və Xodeyd şəhərlərində baş verən toqquşmalarda 21 nəfər həlak olub. Xüsusilə Taizdə nümayişçilərin hökumət binasını ələ keçirməyə cəhdi polisin daha sərt davranmasına səbəb olub. Burada 15 nəfər həlak olub.

Milli.Az