Loran Qbaqbonun Abicandakı iqamətgahı ələ keçirilib
5 Aprel 2011 09:41
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, bu barədə Uattaranın rəsmi nümayəndəsi Patrik Açi məlumat verib.
Hazırda Abicanda ölkənin yeni seçilmiş prezidenti Uattara və öz postundan getmək istəməyən keçmiş prezident Qbaqbonun tərəfdarları arasında döyüşlər gedir.
Bir neçə saat öncə isə Kot-d'İvuardakı BMT missiyasının helikopterləri Loran Qbaqbonun Abicandakı saray və iqamətgahına, həmçinin onun qoşunlarının Aqban və Akuedodakı bazalarına zərbələr endiriblər.
Milli.Az