Liviya müxalifəti müttəfiqlərin quru əməliyyatının əleyhinədir

5 Aprel 2011 00:41
Milli.Az xəbər portalı APA-ya istinadən bildirir ki, bu barədə Milli Keçid Şurasının rəsmi nümayəndəsi Əli Avcali bəyan edib.

"Biz Liviyada əcnəbi hərbi qüvvələrinin quru əməliyyat keçirməsini istəmirik. Biz özümüz Qəddafi ilə məsələni həll etməyə qadirik. Bizə əvvəlkitək koalisiyanın aviazərbələri və təchizat yardımı lazımdır", deyə Vaşinqtonda çıxış edən Avcali bildirib.

Milli.Az