Zepp Blatterin Bakıya gəlişi baş tutmaya bilər
4 Aprel 2011 21:09
Azerisport.az xəbər verir ki, buna həmin ayın 1-də baş tutacaq dünya futbol qurumuna yeni prezident seçkiləri səbəb ola bilər.
Məsələ burasındadı ki, bu günlərdə yenidən UEFA prezidenti seçilən Mişel Platinidən fərqli, onun FİFA-dakı həmkarı Blatterin bu seçkilərdə rəqibi də var. Bu isə, Asiya Futbol Konfederasiyasının rəhbəri Muhammed Bin Hammamdı.
1998-ci ildən etibarən FIFA prezidenti Blatterin yenə postuna qalması daha inandırıcı görünsə də, hər halda fərqli nəticə də qeydə alına bilər. Çünki Hammamın da az səs toplamayacağı proqnozlaşdırılır.
Milli.Az