Ermənistan ziyalıları sükutla etiraz bildirirlər

4 Aprel 2011 22:36
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, aprelin 2-dən Yerevanın Azadlıq meydanında bir qrup erməni ziyalısı axşam saat 5-dən gecə yarısınadək sükut etiraz aksiyasını təşkil ediblər.

Aksiyanın iştirakçısı etnoqraf Hranuş Xaratyan deyir ki, ziyalılar növbə ilə hər axşam meydanda 5 saat dinməz oturacaqlar.
Xaratyanın sözlərinə görə, bunun məqsədi ictimaiyyətin diqqətini ölkədə mövcud problemlərə, ən əsas mənəvi dəyərlərin cəmiyyətdə qiymətləndirilmədiyinə cəlb etməkdir.

"Hətta əks-dəyərlər mühüm yer tutmağa, hətta daha yüksək qiymətləndirilməyə başlanıb. Biz ictimai diqqəti bu hallara cəlb etmək istərdik.

Bu aksiya tək ziyalıların problemi deyil. Bu təhlükələri anlayıb bölüşən hər kəs bizə birləşə bilər", - Hranuş Xaratyan deyib.

Aksiyanın cəmiyyətə ünvanladığı başlıca ismarıc, Hranuş Xaratyanın sözlərinə görə, vacib dəyərlərin itirlməsi ilə bağlı həyəcan səsi qaldırmaqdır.
"Biz yaxşı ilə pis arasında, mənəvi ilə əxlaqsızlıq arasında, düzgünlə səhv arasında duyğu qabiliyyətini itiririk", - Yerevanda ziyalıların etiraz aksiyasının iştirakçısı, etnoqraf Hranuş Xaratyan deyib.

Milli.Az