Gülay: "Əkiz bacılara cavab versəydim ..." - FOTO

10 May 2016 13:09

Ötən günlərdə "Mənim adım brenddir" açıqlaması ilə gündəmə gələn müğənni Gülay Zeynallı onu qınayanlara üzünü tutub.

Milli.Az big.az-a istinadən bildirir ki, sənətçi açıqlamasında bildirib ki, insan öz adına hörmət qoymasa, heç kim ona hörmət qoymaz:

"Hər kəs bilir ki, hamıya hörmət qoyan insanam. Yekəxana insan deyiləm. "Mənim adım brenddir" açıqlamasına yenidən qayıtmaq istərdim. Sən müəyyən müddət ad üçün çalışırsan, tanınırsan, hörmət qazanırsan. Amma müəyyən vaxtdan sonra ad sənin üçün işləyir. Tanınmış simaların hamısının adı, demək olar ki, brenddir. Yəni, nümunədir. Mən bu mənada söylədim. Amma bəzi insanlar bunu yekəxanalıq kimi qəbul etdilər. Qətiyyən elə deyil. Sadəcə olaraq adıma olan hörmətim mənasında söylədim. İnsan öz adına hörmət qoymasa, özünü nümunəvi hesab etməsə, heç kim ona hörmət qoymaz".

G.Zeynallı ötən gün Sevil-Sevinc bacılarının efirində "Özünü brend adlandırandan sonra səni qınayanlar oldu? Həmin çıxışını izləyəndə təəccübləndik. Röya Ayxanla özünə problem axtarırsan?" sualı ilə bağlı da danışıb:

"Bax görürsünüz, sual verirlər verilişdə, haradasa mən də onlara cavab versəm, dava yarana bilərdi. Qalmaqal baş verə bilərdi. Ona görə də həmişə sakit, təmkinli olmağa çalışıram. Kim sual verirsə, bütün suallara qarşı tərəfin fikri ilə cavab vermirəm. Öz ağlım, şüurum var. Dünyagörmüş insanam, uşaq deyiləm. Mədəni surətdə cavab verməyə çalışıram. Röyaya gəldikdə isə, sevdiyim sənətçidir. Mən ona hörmət qoyuram, o da mənə. Şou-biznesdə olub, sakit qalmaq çətin deyil. Sadəcə hamı öz tərbiyəsini, insanlığını göstərir. Başqa heç bir şey".

Milli.Az