Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, Avropa Birliyinin Kosmik Agentliyinin (ESA) kosmosa yolladığı GOCE peyki Yerdə ağırlıq qüvvəsinin hər yerdə eyni olmadığını və bu səbəbdən də planetimizin kartofa bənzədiyini sübut edib.
Almaniyadakı Münhen Texniki Universitetinin yaydığı açıqlamada bildirilir ki, GOCE-nin 2 il ərzində yolladığı 70 milyon fotoşəkil sayəsində Yer kürəsinin indiyədək ən təfərrüatlı sayıla biləcək xəritəsi hazırlanıb. Xəritədəki sarı bölgələr ağırlıq qüvvəsinin normadan çox, mavi bölgələr isə normadan az olduğu yerləri göstərir.