Pullarını yetimləri övladlığa götürməyə xərcləyirlər - FOTO
4 Aprel 2011 20:50
Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirilir ki, Böyük Britaniya sakinləri Cim və Syu Kliffordlar çoxlu pul, bahalı pal-paltar, maşınlar və ya səyahətlərdənsə, 9 uşağı böyütməyə üstünlük veriblər. 50 yaşlı ata və 52 yaşlı ana Londonda yaşayırlar. Zəngin valideynlər övladlığa götürdükləri 9 uşaqla bəxtəvər həyat yaşayırlar.
Onların övladları 9-30 yaş arasındadır.
"Anam məni 14 yaşında olanda doğmuşdu və bir uşaq evinə vermişdi", - Cim deyir. Syu isə söyləyir ki, həmişə böyük ailəsinin olmasını arzulayıblar: "Əvvəlcə iki uşaq dünyaya gətirib, ikisini də övladlığa götürməyi düşündük. Amma sonra fikrimizi dəyişdik".
Kliffordlar ailəsi indi Cim və Syu ilə bahəm, 30 yaşlı Liza, 27 yaşlı Jüstin, 25 yaşlı Kris, 23 yaşlı Ueyn, 17 yaşlı Devon, 13 yaşlı Kortni, 11 yaşlı Kal, 10 yaşlı Lüis və qanuna görə, hələlik adı açıqlanmayan 10 yaşlı qızdan ibarətdir.
Milli.Az

