Məhəmməd Əl-Baradeyi: «İsrail Qəzzanı bombalayarsa…»
4 Aprel 2011 17:19
Milli.Az xəbər portalının zman.com saytına istinadən verdiyi məlumata görə, o, seçkiqabağı kampaniyasının tərkbi hissəsi kimi, Fələstin-İsrail münaqişəsilə bağlı danışıb. Baradeyi Misir prezidenti seçiləcəyi təqdirdə ölkəsilə Qəzza arasında keçid məntəqəsini açacağını, İsrailin Qəzzaya hücum edəcəyi təqdirdə isə, Misirin fələstinliləri müdafiə edəcəyini söyləyib. "İsrail Qəzzanı bombalayarsa, mən fələstinliləri müdafiə etmək üçün ərəb dünyası arasında razılaşmanın əldə edilməsilə məşğul olacağam", - deyə Əl-Baradeyi qeyd edib.
Milli.Az