Azərbaycanlı alim Danimarkada mükafat aldı

4 Aprel 2011 16:14
Danimarkanın Qlostrub xəstəxanasının professoru və Kopenhagen Universitetinin baş elmi işçisi Məsud Aşini "Nevrologiya" sahəsində apardığı uğurlu elmi araşdırmalarına görə, "Mogens Fog" mukafatına layiq görülüb. Bu barədə Milli.Az xəbər portalına Danimarkada fəaliyyət göstərən Azərbaycan Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi bildirib. Cəmiyyət sədrinin verdiyi məlumata görə, professora elmi layihələrini, xüsusilə miqren (nevroloji) xəstəliyi ilə bağlı elmi araşdırmalarını davam etdirmək üçün "Novo Nordisk" fondu tərəfindən 2,5 milyon qrant ayrılıb. Alim Danimarkanın nüfuzlu "Annals of Neurolog" elmi jurnalına verdiyi musahibəsində qeyd edib ki, artıq miqren xəstəliyinin müalicəsi üçün yeni dərmanlar kəşf edilib və yaxınlarda istehsalına başlanılacaq .

Məsud Aşini 1965-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Tibb Universitetini bitirib və doktorluq işini Danimarkada müdafiə edib. 150 çox elmi məqalənin və 20-dən çox kitabın müəllifidir. 

Elnur Eltürk
Milli.Az