Cavan qızla şəkil çəkdirən ilahiyyatçı əsəbləşdi - FOTO

9 May 2016 10:26

TV-də dini veriliş aparan ilahiyyatçı Nihat Hatipoğlunun qız heyranı ilə çəkdirdiyi şəkil sosial mediada geniş müzakirələrə yol açıb.

İlahiyyatçının qızla çəkdirdiyi şəkil qalmaqal yaratdı - FOTO

Belə ki, şəkil sosial mediada ən çox paylaşılan fotolardan olub. İzləyicilərin bir qismi bunu normal qəbul etsələr də, ilahiyyatçını qınayanlar da az olmayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəklin sosial medianı "titrətməsi"ndən əsəbləşən ilahiyyatçı sosial şəbəkədə status yazararaq həmin fotonu yayan adamı əxlaqsız adlandırıb.

"Mənim minlərlə heyranımla şəklim olub. Burada qeyri-adi heç nə yoxdur. Bu şəkli yayan insana ar olsun. Elə insanların əxlaqında problem var".

Milli.Az sözügedən fotonu təqdim edir.

Milli.Az