ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
4 Aprel 2011 15:17
ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç mayın ilk yarısında Azərbaycana gələcək. APA-nın məlumatına görə, səfər çərçivəsində D. Miyatoviç rəsmi şəxslər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək.
Xatırladaq ki, D. Miyatoviçin hələ 2010-cu ilin sentyabrında Azərbaycana gələcəyi gözlənilirdi. Lakin səhhətində yaranan problemlər üzündən səfər təxirə salınmışdı.
Milli.Az