Mourinyo 9 ildə ilk dəfə «evdə» məğlub oldu

4 Aprel 2011 14:01
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, son 9 ildə rəhbərlik etdiyi klublarla yerli çempionatda doğma meydanda məğlubiyyət tanımayan Mourinyonun bu statistikası dünən "korlanıb". Onun rəhbərlik etdiyi "Real" öz meydanında gözlənilmədən "Sportinq"ə uduzub (0:1).
Qeyd edək ki, bu dövrdə Mourinyo "Portu", "Çelsi", "İnter" və "Real"la doğma meydanda məğlubiyyət tanımayıb. Son dəfə o, "Portu"nu çalışdıran zaman - 2002-ci ilin fevralında öz meydanında məğlub olmuşdu. O vaxtdan mütəxəssis 150 matç idi ki, öz meydanında uduzmurdu.

Milli.Az