"Elza Miriş kimidir"

7 May 2016 17:42

Əməkdar artist Mətanət İgəndərli həmkarı Elza Seyidcahanla münasibətlərindən danışıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "Star life" verilişində qarşı tərəfin "Gözlərim" adlı mahnıya görə ondan küsməsindən söz açıb:

"Elza Miriş kimidir, adamı görəndə "salam-sağ ol" deyib, qaçır. Hər dəfə deyir, "Mahnımı oxumadın". Elza özü hər şeyi bir yerdə yarımçıq qoyur. Deyirəm, Elza, bu mahnının problemi var, montajı düzgün olmayıb. Hazır olmayan material məndə yoxdur. Heç aranjmançıda da qalmamışdı mahnı. Axırda qüsuru aradan qaldırmışam və mahnını təqdim etmişəm. Münasibətimiz də yaxşıdır".
 

Milli.Az