Bakıda narkotik satışı ilə məşğul olan bacılar tutuldu
4 Aprel 2011 12:22
Bakıda narkotika alqı-satqısı ilə məşğul olan şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dəstənin əsas üzvləri qadınlardır.
Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları əməliyat keçirib. Əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Vüqar Rəhimov saxlanılıb. Ondan 92 qram heroin aşkarlanıb. Onun dindirilməsi zamanı dəstənin digər 2 qadın üzvünün olması aydınlaşıb.
Bakı şəhər sakinləri Göyərçin Nağıyeva və onun bacısı Səidə İsmayılovadan 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az