Obamanın tərbiyəsindən danışdı: "Bu dəhşətlidir, amma..."

19 Fevral 2015 23:13
Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiyani Barak Obamanın ABŞ-ı sevmədiyini deyib.

Milli.Az modern.az-a istinadən bildirir ki, sabiq mer biznesmenlərlə görüşdə bu barədə danışıb.

"Bilirəm ki, bu barədə danışmaq dəhşətlidir. Amma düşünürəm ki, prezident Barak Obama Amerikanı sevmir. O sizi, məni sevmir. O, ölkəyə sevgi məsələsində tərbiyə olunmayıb",-deyə iş adamlarına müraciətlə söyləyib.

Rudolf Culiyani 1994-cü ildən 2001-ci ilə qədər Nyu-Yorkun meri vəzifəsində olub.
 

Milli.Az