92 yaşlı qarı ərini öldürdü
4 Aprel 2011 10:59
Milli.Az xəbər portalının Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, 70 il birgə yaşadığı ərini qətlə yetirmiş qadın dünyanın ən yaşlı qadın qatili kimi "rekord"a imza atıb.
Əslən Şanxaydan olan ailədə baş vermiş faciəyə görə qadını həbs etməyiblər. İstintaq onun əqli problemləri olduğunu müəyyənləşdirib.
Polisdən bildirirlər ki, qadın ərini əvvəlcə küt alətlə vurub, daha sonra bıçaqla qətlə yetirib.
Milli.Az