Nazarbayev yenidən Qazaxıstan prezidenti seçildi

4 Aprel 2011 10:00
Milli.Az xəbər portalının "Novosti-Kazaxstan"a istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) onun səslərin 95,5%-ni topladığını açıqlayıb. Bu, ilkin məlumat olsa da, rəqiblərinin Nazarbayevə çatması şansı yoxdur. Sonrakı yerləri Qani Qasımov (1,9%), Jambıla Axmetbekov (1,4%), Melsa Yeleusizova (1,2%) tuturlar.
Nazarbayev dəstəyə görə, xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, bu, növbədənkənar seçkidir və o, dünən keçirilib.

Milli.Az