Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının Açılış Mərasimi keçirilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təntənəli açılışa milli rəqslə start verilib.
Rəqsləri topla "freestyle" hərəkətlər edən idmançılar müşayiət ediblər. Onlar isə çempionatın 16 komandasının bölündüyü 4 qrupdakı ölkələrin bayraqları əhatə edilib.
"Natiq" ritm qrupunun ifası və "Sarı gəlin" xalq mahnısı açılış mərasiminə toplaşanlara xüsusi zövq verib.
Daha sonra Röya Ayxan və Miri Yusif çempionatın rəsmi himnini canlı səsləndiriblər və bununla da açılış mərasimi başa çatıb.
Milli.Az