“VAZ 2107” ilə avtobus toqquşub

3 Aprel 2011 18:46
Bu gün saat 14:30 radələrində Xətai rayonu Babək prospektində 30 saylı sərnişin avtobusu ilə "VAZ 2107" markalı 90 DP 547 dövlət nömrə nişanlı qara rəngli avtomobil toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.

Milli.Az xəbər portalı ANS-PRESS-ə istinadən bildirir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev yaralıların artıq xəstəxanaya yerləşdirildiyini bildirib.

"Xəsarət alanlarda həyatı təhlükəsi yoxdur. Hazırda yaralılar özəl xəstəxanalardan bininin "Travmotologiya" şöbəsinə yerləşdirilib", - deyə Rauf Nağıyev bildirib.

Milli.Az