Kişilərin döşlərini böyüdən nədir?

3 Aprel 2011 13:54
Milli.Az xəbər portalı ZDF-ə istinadən bildirir ki, Avstriyanın Zalsburq Universitetinin dünyanın 17 ölkəsində apardığı araşdırma zamanı müasr kişilərdə döşlərin böyüməsi sindromunun daha tez-tez rast gəlməsi aşkarlanıb.

İş o yerə çatıb ki, Avropa Birliyinin bir çox ölkələrində 30 il əvvəlki dövrdən fərqli olaraq, kosmetik cərrahlara müraciət edənlər arasında kişilərin sayı xeyli artıb.

Belə vəziyyət tək Avropa yox, ABŞ-da və Asiya ölkələrində də müşahidə olunur. Məsələn, ötən il döşlərinin böyük olmasından şikayətlənən və həkimə müraciət edən amerikalıların sayı 2009-cu illə müqayisədə 6 faiz artıq olub.

Alimlər bildirirlər ki, kişilərdə belə problemin yaranmasının başlıca səbğəbləri stereodlərin qəbul edilməsi, kəskin arıqlama, andepressantlar, estrogenli kremlər və narkotik preparatlardır.

Milli.Az