2 yaşlı uşağı Allah qorudu
3 Aprel 2011 13:21
Milli.Az xəbər portalı "Ediot Ahronot"a istinadən bildirir ki, İsrailin Kiryat-Malahi şəhərində möcüzəyə bənzər hadisə baş verib.
2 yaşlı körpə 5-c mərtəbədəki mənzilin eyvanından yıxılsa da, sağ qalıb. Uşağın qışqırtısını eşidən ana huşunu itirib. Hadisə yerinə gələn təcili yardım maşını uşağı xəstəxanaya aparıb. Həkimlər onun ağır travmalar aldığını düşünürdülər. Lakin müayinə zamanı bəlli olub ki, uşağın aldığı xəsarətlər alnında dərinin sıyrılması və sol ayağın göyərməsindən ibarətdir.
Milli.Az