Britni Spirs fırıldaqçı imiş?
2 Aprel 2011 20:26
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Britni Spirsin ətirlərinin istehsalı ilə məşğul olan "Brand Sense Partners" (BSP) kompaniyası müğənnini və onun atasını fırıldaqçılıqda ittiham edib və Los-Anceles məhkəməsində Britniyə qarşı 10 milyon məbləğində iddia qaldırıb.
Britni Spirs ilə sözügedən şirkət arasında müqavilə 2003-cü ildə bağlanmışdı. Müqaviləyə əsasən şirkət "Elizabeth Arden" holdinqi ilə müştərək müğənninin ətirlərini satacaq, məşhur ulduz isə öz növbəsində şirkətə gəlirin 35 faizini boyun olmuşdu.
BSP şirkəti iddia edir ki, Britni 2009-cu ildə onlardan xəbərsiz "Elizabeth Arden" ilə yeni 15 milyon dollarlıq müqavilə imzalayıbmış.
Milli.Az